Hindistanda tropik "Dana” qasırğası səbəbindən ölkənin şərqində təxminən 600 min insan təxliyə edilib.Bu barədə Hindistan Meteorologiya İdarəsi açıqlama yayıb.
Bildirilib ki, Odişa ştatında və Qərbi Benqalda "Dana” tropik qasırğasının sürəti saatda 120 kilometrə çatıb.Güclü yağış daşqın təhlükəsinə səbəb olub.
Odişada fırtına səbəbindən dünən məktəblərdə təhsil dayandırılıb, 200-dən çox qatar reysi və uçuşlar ləğv edilib.Balıqçılara dənizə çıxmamaq barədə xəbərdarlıq olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !