Hindistanda qatarlar karantin xəstəxanasına çevrildi

21:00 | 06.04.2020
Hindistanda qatarlar karantin xəstəxanasına çevrildi

Hindistanda qatarlar karantin xəstəxanasına çevrildi

Hindistan hökuməti koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir. 

"Report”un "Aksam”a istinadən məlumatına görə, Hindistanın dəmiryolları və ticarət naziri Piyuş Goyal bildirib ki, qatar vaqonları karantin xəstəxanalarına çevrilib.

Onun sözlərinə görə, səyyar xəstəxana əhaliyə dərman preparatları paylayacaq, habelə xəstələri karantində saxlayacaq.

Qeyd edək ki, Hindistanda son sutkada 700 nəfər koronavirusa yoluxub. Bununla da infeksiya daşıyıcılarının sayı 4 067-yə çatıb. Bir gündə 32 nəfər pandemiyanın qurbanı olub və ölənlərin sayı 109-a çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb