Hindistanda sərnişin qatarı relsdən çıxıb

14:40 | 29.08.2017
Hindistanda sərnişin qatarı relsdən çıxıb

Hindistanda sərnişin qatarı relsdən çıxıb

Hadisə nəticəsində xəsarət alanlar var.

Hindistanda Naqpur-Mumbai marşrutu ilə hərəkət edən sərnişin qatarının lokomotivi və dörd vaqonu Tituola (Maharaştra ştatı) şəhəri yaxınlığında relsdən çıxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Times of India" qəzeti məlumat yayıb.

Hadisə Bakı vaxtı ilə 5:10 radələrində baş verib. Qəza nəticəsində xəsarət alanlar var, lakin onların sayı və vəziyyəti barədə məlumat verilmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM