Hindistanın siyasi tarixində ilk hadisə

22:16 | 03.03.2015
Hindistanın siyasi tarixində ilk hadisə

Hindistanın siyasi tarixində ilk hadisə

Hindistanın iqtidardakı sağçı Hindu Bharatiya Janata Partiyası (BJP) ölkə tarixində ilk dəfə Kəşmiri idarə edəcək.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, uzun illərdir Pakistan ilə Hindistan arasında mübahisə mövzusu olan Kəşmirdə hökuməti qurmaq üçün müsəlmanların partiyası olan Kəşmir Xalq Demokratik Partiyası (PDP) ilə Hindu Bharatiya Janata Partiyası (BJP) koalisiya yaradıb.

Hind partiyasının lideri Amid Şah PDP sədri Mehbuba Mufti ilə bu gün görüş keçirib. Daha sonra liderlər açıqlama verib. Amid Şah qeyd edib ki, partiyalarımız fikir birliyini təmin etmək üçün bir araya gəlib: "Qısa müddət ərzində BJP-PDP koalisiya quracaq".

Yeni hökumət martın 1-də Kəşmirdə keçirilən millət vəkillərinin andiçmə mərasimindən sonra yaradılıb.
 
Kəşmir Hindistan müsəlmanlarının əksəriyyətinin yaşadığı yeganə regiondur. Kəşmirdə parlament seçkiləri 2014-cü ilin dekabr ayında keçirilib. Seçkilərdə BJP parlamentdəki 87 yerdən 25-ni, PDP isə 28-ni qazanıb.
 
İngiltərədən 1947-ci ildən ayrılaraq müstəqilliyini qazanan Hindistan və Pakistan Kəşmirə görə 1948, 1965 və 1971-ci illərdə müharibə aparıb. Kəşmir 1989-cu ildən indiyə kimi Hindistanın idarəsi altındadır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM