Nasist Almaniyasında SS zabiti olmuş 94 yaşlı Oskar Gröninqə hökm oxunub.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Lüneburq şəhərində keçirilən məhkəmənin qərarı ilə Oskar Gröninqə 4 il həbs cəzası verilib.
Məhkəmə prosesini aparan hakim Frans Kompisc 94 yaşlı qocanın Hitler hakimiyyəti illərində 300 min adamın öldürülməsinə kömək etdiyini bildirib. Keçmiş zabitin həkim nəzarətində keçəndən sonra onun həbsxanaya göndərilib-göndərilməyəcəyi məlum olacaq.
Qeyd edək ki, Gröninqin 1944-cü ildə yəhudilərin soyqırımı zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi "Auşvitz"də qeyri-qanuni əməllər törətməkdə ittiham edilirdi.
Belə ki, onun ölüm düşərgəsində gətirilən yəhudilərin dəyərli əşyalarını və pullarını toplayaraq özünə və özündən böyük vəzifə sahiblərinə verdiyi bildirilir.
Gröninq bildirib ki, "Auştviz”də etdiyi günahlar həyatı boyunca onun yaxasını buraxmayıb. O, mənəvi cəhətdən günahkar olduğunu etiraf edib. Bütün bunlara görə Hitler Almaniyasının nümayəndəsi peşman olduğunu etiraf edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !