Hitlerin gizli sərvəti ortaya çıxdı

23:34 | 27.06.2014
Hitlerin gizli sərvəti ortaya çıxdı

Hitlerin gizli sərvəti ortaya çıxdı

Özünü alman xalqına pulsuz kimi tanıdan Adolf Hitlerin gizli sərvəti ortaya çıxıb. 
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə banklarında külli miqdarda pulu olan faşistlərin liderinin, eyni zamanda vergi qaçaqçısı olduğu da iddia edilir. Tarixçilər sənədlər əsasında müəyyən ediblər ki, Hitlerin İsveçrədəki müxtəlif banklarda 1,1 milyard marka, yəni indiki hesabla təxminən 5 milyard dollardan çox pulu olub.
Bundan əlavə, Hitlerin vergidən yayındığı da iddia edilir. İddiaya görə, Hitler vergi ödəməyi rədd edib və 3 milyon dollardan çox vergi ödəməkdən yayınıb, ardından özünü vergidən azad edən bir qanun da çıxarıb. Tarixçilər Hitlerin nə qədər təvazökar olduğunu alman xalqına inandıra bilmək üçün yazdığı vəsiyyəti də tapıblar.
Alman lider vəsiyyətində yazıb: “Bu ana qədər sahib olduğum hər şey, nə qədər qiymətli olur- olsun, partiyaya aiddir”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM