Hitlerin nadir görüntüləri yayıldı - FOTO

20:00 | 18.04.2019
Hitlerin nadir görüntüləri yayıldı - FOTO

Hitlerin nadir görüntüləri yayıldı - FOTO

ABŞ Milli arxiv və sənədlər idarəsinin mütəxəssisi Riçard Şnayder faşist Almaniyasının lideri Adolf Hitlerin 1270-dən çox şəklini rəqəmsallaşdırıb. Fotoşəkillər Üçüncü reyx liderinin şəxsi fotoqrafı Henrix Hofman tərəfindən çəkilib.

Bu barədə "The Washington Post” yazır.

Nəşrin yazdığına görə, rəqəmsallaşdırma prosesində Hitlerin təsvir olunduğu 41 mindən çox şüşə fotolövhəciklər emal olunub. Onların çoxu sınaraq yararsız hala düşdüyündən, mütəxəssis onların parçalanmış hissələri birləşdirərək vahid şəklə salmalı olub. Nəticədə Şnayder olduqca nadir və naməlum fotoşəkilləri əldə etmiş olub.

 

Xüsusilə fürerin ən erkən rəsmi fotolarından biri diqqət çəkir. Həmin şəkildə Hitler alman çoban iti ilə təsvir olunub. Şəklin 1923-cü ildə çəkildiyi güman edilir.

Bundan başqa, Hitlerin tərəfdarları ilə kafedə keçirdiyi görüşün əks olunduğu fotoşəkil əldə olunub. Başqa şəkildə fürer 1933-cü ildən bəri nasist Almaniyasının təbliğat naziri postunu tutmuş Yozef Gebbels, 1929-cu ildə SS reyxsfüreri olmuş Henrix Himmler və fürerin yaxın silahdaşlarından olan Rudolf Gesslə birlikdədir.

Yaxın zamanda bərpa olunmuş və rəqəmsallaşdırılmış bütün fotoşəkillərin açıq şəkildə internetə yerləşdiriləcəyi bildirilir.

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb