Hitlerin övladları haqqında qarmaqarışıq həqiqət: Fürer doğrudanmı ata
idi?
Tarixçilərin, eləcə də Hitlerin özünün iddiasına görə
onun heç vaxt övladı olmayıb. Lakin Hitlerin oğlu olduğu deyilən
bir şəxs var və çox güman ki, Hitlerin özünün ondan lap əvvəldən xəbəri olub.
Hitlerin ailəsi gəzinti zamani
Adolf Hitlerin qorxunc hökmranlığı 1945-ci ildə
başa çatsa da onun nəsli bəlkə hələ də davam edir. Ötən 70 il ərzində bəşəriyyətin
yaraları sağalsa da hələ də ortada belə bir bir sual qalır: Hitlerin həqiqətən varisi var?
1945-ci ildə Berlində bunkerdə gizlənmiş
Hitler aktrisa Eva Braunla evləndi. Lakin cütlüyə ailə həyatı yaşamaq qismət olmadı.
Çünki nikah mərasimindən cəmi bir saat sonra dünyanın ən pis diktatorlarından
biri, yəni ki, Hitler intihar etdi. Eva Braun da ərinin yanında öldü.
Adolf
Hitler və arvadı Eva Braun
O gündən bəri tarixçilər yekdil qərara gəliblər
ki, Hitlerin nəslinin davam etdiyini təsdiqləyən heç bir sübut yoxdur. Tez-tez
uşaqlara olan sevgisindən danışmasına ( kinayəli olsa da ) baxmayaraq diktator
özünün ata olmağını hər zaman inkar edib.
İkinci Dünya müharibəsindən dərhal sonra
Hitlerin hamıdan gizli saxlanılan övladının olması barəsində şayiələr yayıldı.
Əslində bu, həqiqətdir. Hətta Fürerin Heynz Linq adlı xidmətçisi də bir dəfə
Hitlerin özünün ata olması barədə ehtimal irəli sürdüyünü bildirmişdi.
Dünyanın hər yerində insanlar bu oğlanın,
yaxud qızın atasının yolunu davam etdirəcəyindən qorxurdular.
İnsanların qorxu hissi keçirmələrinə baxmayaraq Hitlerin uşaqları barəsində şayiələr
əsassız olaraq qalırdı – ta ki, Jan Mari Loret ortaya çıxana qədər.
Hitlerin
övladı var idimi?
Adolf
Hitler və Roza Bernilin Hitlerin istefa verdiyi 1933-cü ilə aid fotoşəkli. Bu
şəkil Aleksandr adlı tarixçinin həyata keçiridiyi hərracda satılıb. Deyilənlərə görə, Roza Bernil yəhudi
idi.
Başlanğıc üçün tarixçilər ümumilikdə belə bir
fikrin üzərində dayanırlar ki, Hitlerin məşuqəsi və qısamüddətli arvadı olmuş
Eva Braundan uşağı olmayıb. Əslində bu fakt uşağının olmamağı barədə Hitlerin özünün dediklərinə çox yaxındır. Bu adamın intim, səmimi münasibət yaşamaqla bağlı
konkret problemləri var idi və yəqin buna görə də nəsil artırmaq istəməyib.
Rudolf Hess bir dəfə Hitler barəsində belə
yazmışdı: "Onun heç vaxt evlənmək fikri olmayıb və hətta eşitdirib ki,
qadınlarla ciddi münasibətlərdən qaçır. Xırda adam olmamaq, öz mülahizələrini
bir kənara qoyub istənilən vaxt hər cür təhlükə ilə üzləşmək və hətta lazım gəlsə
ölməyi bacarmaq onun həyatının əsas qayəsi olub."
Həqiqətən də tarixçi Heyk B. Qörtmeyker yazdığı "Eva Braun:
Hitlerlə həyat" bioqrafiyasında bildirib ki, Hitler uşaq istəmədiyini gizlətməyib.
Onun belə bir söz deyib-demədiyi hələ dəqiq məlum deyil, baxmayaraq ki, Hitler
bir yerdə qərar tutub evlənən, ailə quran kişilər barəsində belə söyləyib:
"Kişi ona valeh olan qadından ötrü mütləq nəsə itirir. Sonra isə daha əvvəlki
kimi sərbəst ola bilmir."
Bu sözlərə baxmayaraq Hitlerdən uşağı olduğunu iddia edən Jan Mari
Loret adlı bir qadın var idi. Uzun illər
hətta Marinin özü oğlunun DNA-sının digər yarısının kimə məxsus olduğunu
bilmirdi. Sonradan isə 1948-ci ilin heç nə ilə fərqlənməyən adi bir günündə o,
tam əmin oldu ki, oğlunun naməlum atası Hitlerdən başqası ola bilməz.
Jan Mari
Loretin çəkdiyi bu şəkil yəqin ki, Hitlerin övladlarından birinindir.
Loretin anası Şarlotta Lobjonun dediyinə görə
qızı ilə fürer arasında münasibət olub, o vaxt qızının cəmi 16 var idi, Hitler
isə adi alman əsgəri idi.
Beləliklə
gənc qadının 28 yaşlı kişi ilə münasibətləri başladı. Həmin gənc 1917-ci ildə
Pikardiya bölgəsində fransızlarla müharibə zamanı istirahət etmək üçün
Şarlottagilin kəndinə gəlmişdi.
Lobjenin illər sonra atası barədə oğluna
dedikləri: "Sənin atan çox az hallarda adam arasına çıxardı. Məni mənzərəli
kənd yerlərini gəzdirərdi. Amma bu gəzintilərin axırı çox vaxt pis qurtarardı.
Atan təbiətdən ilhamlanaraq heç nə başa düşmədiyim dildə ardı-arası kəsilmədən
nitq söyləyərdi. Fransızca danışa bilməsə də xəyali bir auditoriya ilə almanca
çox gözəl söhbət edirdi."
Bu münasibətdən qısa müddət sonra, 1918-ci
ilin martında Jan Mari Loret dünyaya gəldi. Bu zaman onun atası artıq sərhəddi
keçərək Almaniyaya qayıtmışdı.
Lobje oğlunu 1930-cu illərdə övladlığa verdi və
Jan Mari Lobje dönüb oldu Jan Mari Loret.
İkinci Dünya Müharibəsi vaxtı 1939-cu ildə
Lobjenin oğlu almanlara qarşı vuruşmaq üçün fransız ordusunun sıralarına
qatıldı. Bu zaman Lobje hələ sağ idi və oğlunu taparaq ona özü və doğma atası
barədə həqiqəti söylədi.
Hitlerin
övladı olmaq çox da ürəyindən deyildi
Anasının dediyi sözü könülsüz də olsa fakt
kimi qəbul edən Loret mirasını axtarmağa başladı. O, alimlərin də köməyindən
istifadə edərək öyrəndi ki, qan qrupu və əl yazısı Hitlerinki ilə düz gəlir.
Loret həmçinin şəkillərə baxanda Hitlerlə
qorxunc bir oxşarlığının olduğunu hiss etdi.
İllər sonra alman ordusuna aid sənədlər üzə
çıxanda məlum oldu ki, zabitlər İkinci Dünya Müharibəsi vaxtı Şarlotta Lobjeyə
paçka-paçka nağd pullar gətiriblər. Bu ödənişlər
Lobjenin Hitlerlə əlaqəsini üzməməsi barədə iddialarını bir daha sübut edir.
Anasının ölümündən sonra Loret ona məxsus
çardaqda diktatorun imzaladığı rəsam əsərləri tapır. Bundan başqa, Hitlerin
kolleksiyasındakı bir tabloda təvir edilən qadınla Lobje arasında inanılmaz bənzərlik
var idi.
Hitlerin çəkdiyi
aşağı sağ küncündə şəxsi imzası olan bu tablo Şarlottanın evinin çardağında
tapılmış rəsm əsəri ilə oxşardır.
Loret iddia edib ki, Hitlerin onun varlığından xəbəri olub və hətta Loretin
onun oğlu olmasına dair bütün sübutları məhv etməyə cəhd göstərib.
Loret 1985-ci ildə 67 yaşında vəfat etdi. Ona atasını görmək qismət
olmadı.
Adolf Hitlerin nəvə-nəticələri
Xanım
Bricid Hitler Adolf Hitlerin ögey qardaşı olan Aloysun həyat yoldaşıdır. Bu şəkildə
o, Nyu York şəhərində Astor hotelinin qarşısında oğlu Vilyam Patrik Hitlerlə sağollaşır. Oğlu Kanada Hərbi Hava Qüvvələrində
hərbi xidmət etməyə gedir.
Hitlerin övladlarının varlığı hələ də sual
altında olsa da 21-ci əsrdə həqiqətən də onun nəsli davam edir.
Adolf Hitlerin digər nəvə-nəticələrindən Piter Robal və Heyner Hokeqer hal-hazırda
Avstriyada yaşayırlar. Bundan başqa Aleksandr, Luis və Brayn Stüart-Hudzonlar
Lonq aylənddə məskunlaşıblar.
Stüart-Hudzon qardaşları birbaşa Hitlerin ögey
(atabir, anaayrı, yaxud anabir, ataayrı) qardaşı Aloysun ata tərəfdən olan
qohumlarıdır.
Aloys Dublindən olan gənc bir qadına vurulmuş,
oğulları dünyaya gəldikdən sonra isə həmin qadını atıb getmişdi. Həmin oğlanın
adı Vilyam Patrik Hitler idi.
Vilyam ata qohumları ilə yaxın olmasa da
vaxtını əmisi Adolf Hitlerlə keçirirdi. Hitler onun barəsində "mənim
mənfur qardaşoğlum" deyərək danışırdı. Vilyam ata tərəfi haqqında aydın təsəvvür
yaratmaq üçün axırda Amerikaya getməli oldu.
Birləşmiş Ştatlar Vilyam Patrik Hitlerin bədnam adına görə onu öz
silahlı qüvvələrində hərbi xidmətə götürməkdən imtina etdikdən sonra Vilyam
birbaşa prezident Ruzveltə məktub yazdı. Vilyam Federal Təhqiqat Bürosunun
yoxlamasından keçdikdən sonra Ruzvelt onun Birləşmiş Ştatların donanmasına
götürülməsinə zəmanət verdi.
Qəbri
tapılmamış sonuncu nasist diktatorunun 34 yaşlı qardaşı oğlu birinci dərəcəli dənizçi
Vilyam Patrik Hitler (solda). Bu foto-şəkildə
o, Bostondakı Farqo təxris mərkəzində Birləşmiş Ştatlar donanmasındakı hərbi
xidmətdən azad olunur.
İkinci
Dünya Müharibəsində Vilyam Patrik Hitler öz əmisinə qarşı vuruşmuşdu. Müharibə
başa çatandan sonra o evləndi, adını dəyişdi və Amerikada məskunlaşdı. 1987-ci
ildə dünyasını dəyişəndə onun 3 oğlu var idi.
Hitlerin qardaşı nəvələri Stüart-Hudzon
qardaşları nəsillərinin qaranlıq keçmişindən tamamilə üz çevirərək amerikan həyat tərzinə uyğunlaşdılar.
Jurnalist Timoti Ribakın dediyi kimi onlar kim
olmalarının üzə çıxması və bununla da həyatlarının məhv olması qorxusu ilə yaşayırlar... Amerikan bayraqları asılmış evlər və hürən
itlər mahiyyətcə ortabab amerikan mənzərəsi yaradırdı.
Hitlerin nəsli kəsilmək üzrə
Hitler uşaqlara və heyvanlara olan sevgisi ilə tanınırdı. Bu onun Bernil ilə digər bir şəklidir.
Təsadüf deyil ki, Stüart-Hudzonların - Hitlerin nəslinin ata tərəfdən davamçıları olan bu kişilərin heç biri nəsillərini davam elətdirməyiblər.
Robal və Hokerin heç biri evlənməyib, uşaq sahibi də deyillər. Deyilənlərə görə onların heç belə bir fikirləri də yoxdur.
Aleksandr Stüart-Hudzon isə bu məsələdə qardaşları kimi düşünmür. O deyib: "Ola bilsin ki, qardaşlarım evlənməmək, uşaq sahibi olmamaq barədə söz veriblər, amma mən yox." Bu sözlərinə və 69 yaşı olmasına baxmayaraq Aleksandrın özü hələ də övlad sahibi deyil.
Qardaşlar barəsində bu deyilənlər şayiədir və dəlil-sübuta əsaslanmır. Buna baxmayaraq belə görünür ki, bu kişilər hələ uzun müddət əvvəl Hitlerin ailəsinin son davamçıları olmağı qərara alıblar. Onların hamısı günü-gündən qocalır, ən böyüklərinin 88 yaşı var.
Heç biri Hitlerin bioloji övladı olmayan bu beş nəfərdən sonra Fürerin nəsli rəsmi şəkildə sona çataraq tarixdə qalacaq. Bu adamlar indiyə kimi dinc və azad həyat yaşayıblar.
Tərcümə: Məhəmməd Hüseynov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !