Hitlerin şampan anbarı tapıldı

10:53 | 06.06.2015
Hitlerin şampan anbarı tapıldı

Hitlerin şampan anbarı tapıldı

Almaniyada restoran sahibi Silvio Steltser iddia edir ki, Saksoniyada Adolf Hitlerin gizli konyak və şampan anbarını aşkar edib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, S.Steltser restoranı yaxınlığındakı bağçanın altında altıyaruslu alkoqollu içki zirzəmisi aşkarlayıb.

O bildirib ki, A.Hitlerin köməkçilərinin anbarı hava zərbələrindən qorumaq üçün qiymətli içki şüşələrini daşıdıqlarını təsdiq edən sənəd də tapıb.

Sənədlərə əsasən, anbara pendir, şokolad, salyami və siqaret də daşınıb. Ərzaq ehtiyatlarının anbara 1944-cü ildə daşındığı bildirilir. Lakin orada yalnız alkoqol içkiləri qalıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti