“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutub

16:31 | 26.10.2024
“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutub

“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutub

"Hizbullah” təşkilatının döyüşçüləri Hayfa və Safed şəhərlərindəki İsrail hərbi bazalarına raket zərbələri endirib.Bu barədə qrup özünün teleqram kanalında məlumat yayıb.

"İslam müqaviməti döyüşçüləri Hayfanın şimalındakı Ha-Krayot ətrafında yerləşən hərbi hədəflərə zərbələr endirib və onları vurublar”, - məlumatda deyilir.

Onlar həmçinin Livanla sərhəddən 20 km aralıda, Safed şəhəri yaxınlığındakı Mişarda İsrail hərbi kəşfiyyat bazasına və səhra düşərgəsinə zərbə endirdiklərini elan ediblər. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM