Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Anews.az-a verilən məlumata görə, ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !