Hökumət 2023-cü il üçün ÜDM proqnozunu azaldıb

12:44 | 02.06.2023
Hökumət 2023-cü  il üçün ÜDM proqnozunu azaldıb

Hökumət 2023-cü il üçün ÜDM proqnozunu azaldıb

Azərbaycan İqtisadiyyat Nazirliyi ölkənin 2023-cü il üçün ÜDM üzrə proqnozunu nəzərdə tutulan 2,7%-dən 1,8%-ə qədər azaldıb. Bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Milli Məclisin İqtisadiyyat Komitəsinin iclasında bildirib. 
 
Onun sözlərinə görə, qeyri-neft ÜDM üzrə də proqnoz 4,5%-dən 4,9%-ə yüksəlib.
 
2023-cü ilin yanvar-aprelində Azərbaycanın ÜDM-i illik müqayisədə 0,1% artıb.
 
2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 4,6%, o cümlədən qeyri-neft-qaz sektorunun artımı 9,1% təşkil edib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb