Hökumət binası işğal olundu, TV yayımları dayandı - Ara qarışıb

15:38 | 01.09.2014
Hökumət binası işğal olundu, TV yayımları dayandı - Ara qarışıb

Hökumət binası işğal olundu, TV yayımları dayandı - Ara qarışıb

Pakistanda etiraz aksiyası keçirən müxalifət içərisində nazirlərin olduğu hökumət binasını, eləcə də bir çox dövlət qurumlarının binalarına hücum ediblər. Pakistan Televiziyasının yayımları dayandırılıb, dövlət məmurları girov götürülüb.ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hökumətə qarşı etiraza qalxan aksiyaçıların nazirlərin yerləşdiyi hökumət binasını da tutduğu deyilir.Polislərin gözyaşardıcı qaz və dəyənək istifadəsinə aksiyaçılar "Molotov kokteyli" və daşla cavab verməsindən sonra paytaxt küçələrində əsl savaş baaşlayıb.Aksiyaya liderlik edən Tahir ul Kadri hətta etirazçıların bəzilərinin baş nazir Navaz Şərifin evinin önünə toplandığını iddia edib. Hökumət binası ətrafına min nəfər etirazçının yığışdığı deyilir.Pakistan Silahlı Qüvvələri parlament və Baş Nazirliyin binasını mühafizə etmək üçün əsgəri qüvvələri küçəyə çıxartmalı olub. Bu dəqiqələrə qədər əsgərlərin aksiyaçılara qarşı hər hansı müdaxiləsinin olmadığı deyilir.Rəsmi Pakistan televiziyası olan PTV-nin də işğal olunduğu, yayımların dayandırıldığı deyilir. Ordunun televiziya binasına doğru hərəkətə keçdiyi bildirilir.Etiraz aksiyaları rüşvətxorluq və korrupsiyada günahlandırılan baş nazir Nəvaz Şərifin istefa verməsi və cəzalandırılması səbəbilə keçiril. Baş nazir bu ittihamları rədd edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti