Hökumət CNN kanalının fəaliyyətini yasaqladı

09:38 | 24.02.2014
Hökumət CNN kanalının fəaliyyətini yasaqladı

Hökumət CNN kanalının fəaliyyətini yasaqladı

Venesuellanın paytaxtı Karakasda hökumət əleyhində aksiyaların çoxaldığı vaxtda prezident Maduro CNN kanalının bu ölkədəki 4 əməkdaşının akreditasiyasını ləğv edib. ANS PRESS-in xəbərinə görə, bu barədə CNN açıqlama verib. Xəbərdə bildirilib ki, Venesuella İnformasiya Nazirliyi CNN-in 4 əməkdaşının bu ölkədəki fəaliyyətinə xitam verib. Buna səbəb kimi dünyanın ən məşhur mətbu orqanlarından olan CNN-in ictimaiyyətə təhrikedici xəbərlər verməsi göstərilir. Xatırladaq ki, CNN ötən il Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbulun “Kazlıçeşmə” meydanında milyonlarla insanın iştirakı ilə keçirdiyi mitinqi hökumət əleyhində aksiya kimi göstərmiş və daha sonra buna görə üzr istəməyə məcbur olmuşdu. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM