Hökumət əhalidəki köhnə avtomobilləri ala bilər - Təklif

13:07 | 27.01.2014
Hökumət əhalidəki köhnə avtomobilləri ala bilər - Təklif

Hökumət əhalidəki köhnə avtomobilləri ala bilər - Təklif

Azərbaycan hökuməti Avro-4 standartına keçidlə əlaqədar milli avtomobil nəqliyyatı parkının yenilənməsi üçün qeyri-standart addımlar ata bilər.Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bəyan edib.Onun sözlərinə görə, ekologiyaya zərər vuran köhnə avtomobillərin alışı yaxud da onlardan imtinaya görə kompensasiyanın ödənilməsi qəbul ediləcək mümkün qərarların sırasındadır.  “Aprelin 1-dən Avro-4 standartı minik avtomobillərinə münasibətdə tətbiq olunacaq. Lakin sonradan bu standart yük və hətta dəmir yolu nəqliyyatını əhatə edəcək”, - deyə, Həsənov bildirib.Onun bildirdiyinə görə, 2013-cü ildə ölkəyə dəyəri 1,88 milyard dollar təşkil edən 100 mindən çox avtomobil gətirilib və onların 50 mindən çox hissəsi köhnə avtomobillərin payına düşür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb