Müstəqil iqtisadçı-ekspert Elçin Əliyev 2014-cü il iyulun 1-dən etibarən Azərbaycanda 1 kilovatt/saat elektrik enerjisinin qiymətinin 6 qəpikdən 9 qəpiyə yüksələcəyi ilə bağlı ANN.Az-a məlumat verib. O, bu xəbəri etibarlı mənbədən əldə etdiyi deyib. Bəs bu qiymət artımı nəylə bağlıdır?"Elektrik enerjisinin yeganə istehsalçısı, həm də hazırda müflis duruma düşmüş "Azərenerji" Səhmdar Cəmiyyəti son 10 il ərzində Azərbaycanda elektrik stansiyalarının tikintisinə 1 milyard dollar dəyərində pul xərcləyib. Bunun üçün o, xarici banklara da borcludur.Digər tərəfdən hökumət ötən ilin dekabrında, "Azərenerji" Səhmdar Cəmiyyətinə verilən qazın qiymətini min kubmetr üçün 42 manatdan 80 manata artırmaqla qurumu müflis vəziyyətə saldı. Nəzərə alaq ki, bu, təbii qaz istehsal edən ARDNŞ-nin maliyyə durumunun yaxşılaşdırılması üçün edilmişdir: "Bundan başqa nəzərə almaq lazımdır ki, "Azerenerji" ümumiyyətlə daha effektiv şirkət deyil. O, öz elektrik enerjisini artıq xaricə sata bilmir. Elektrik enerjisinin hətta artıqlığının müşahidə olunduğu İran artıq bizim üçün elektrik enerjisi satışının xarici bazarı deyil. Rusiyaya elektrikin ötürülməsi üçün Yaşma-Xudat elektrik ötürücüsünün ikinci xəttinin tikintisi başlanılmayıb. Burada isə "Azərenerji"nin günahı var".Ekspert hesab edir ki, bəzi məsələlərin həll olunmamasına ARDNŞ prezidenti Rövnəq Abdullayevlə "Azərenerji" prezidenti Etibar Pirverdiyev arasındakı mühasibət də təsir göstərir: "ARDNŞ effektivliyin artırılmasına olan ehtiyac bəhanəsi ilə bütün "Azerenerji"ni özünə tabe etdirməyə çalışır. Amma müstəqil ekspertlərdən çox az adam inanır ki, bununla "Azərenerji"nin effektivliyi artacaq, çünki ARDNŞ özü çox effektsizdir".Bununla belə, ARDNŞ "Azərenerji"nin maliyyə axınlarını öz nəzarətinə götürmək üçün öz cəhdlərinə davam etdirir. Qeyd edək ki, daha əvvəl Abdullayev "Azərsu" və "Azəriqaz"ı öz nəzarəti altına götürməyi bacarmişdı.Ekspertin sözlərinə görə, hökumət vaxtaşırı bu fikrə istinad edir ki, bütün dünyada kommunal xidmətlərin qiymətləri yüksəkdir, bizdə isə əlçatandır: "Əslində bu, yalandır. Nümunə olaraq Ermənistanı göstərək. Bu "yoxsul" ölkədə elektrik enerjisi ötən ilin iyulundan bir kilovatta görə 38 dram təşkil edir, yəni 9 sent və bu, ƏDV-lə birlikdədir. Gecə tarifi 6,5 sent təşkil edir. Azərbaycanda bu gün elektrik enerjisinin tarifi 7,8 sent (6 qəpik) təşkil edir. Yəni, keçən il Ermənistanda kommunal qiymətlərin yüksəlməsinə baxmayaraq, bizdə bu xidmətlər yenə də Ermənistandakı müvafiq xidmətlərin qiymətindən bahadır".İndiysə bu xidmətlərdən istifadə edənlər haqda."Ermənistan dövlət orta məktəblərində işləyən müəllimlərin orta maaşı təxminən 300 dollardır. Bizim müəllimlərimiz aya üç dəfə daha az maaş alırlar. Bununla belə, bizdə malların pərakəndə qiymətləri qonşularımızdan üç dəfə bahadır. Yəni hökumət "Azərenerji"ni bankrot vəziyyətinə salıb və əhalinin hesabına bu problemi həll etmək istəyir", - ekspert qeyd etdi.E.Əliyev əlavə edir ki, hökumət kommunal xidmətlərin qiymətlərinin qalxmayacağını deyir: "Amma keçən il də xalqı aldadaraq bildirmişdilər ki, yanacağın qiyməti artmayacaq, amma artdı. Aydındır ki, Azərbaycanda alınan elektrik enerjisinin yalnız 10 faizi yenilənən resurslardan – çaylardan hasil olunur, qalanı isə mazutun və qazın yandırılmasından istehsal edilir. Buna görə də əgər elektrikin qiyməti yüksəlməsə, onda "Azərenerji"nin müflisləşməsi labüddür.Demək lazımdır ki, bütovlükdə Azərbaycanın büdcəsi şişirdilib. Təxminən 25 milyard dollar yalnız dövlət büdcəsinin xərcləridir, sosial fondun xərcləriylə birlikdə icmal büdcə isə 30 milyarddan çoxdur. Belə kiçik ölkədə büdcə 55 milyard dollar ola bilməz, bu, Azərbaycan ÜDM-nin 40%-ni təşkil edir", - ekspert belə iddia edir."Bu gün "Azerenerji" elektrik enerjisinin satışı üçün sabit ixracat bazarına malik deyil. Avropa İttifaqı tərəfindən dəstəklənən Azərbaycan-Gürcüstan-Türkiyə energetika körpüsü layihəsi bitmək üzrədir. Bu xətt vasitəsilə bizim elektrik enerjimiz Avropaya daşınacaq. Azərbaycanın və Gürcüstanın ərazilərində infrastrukturlar artıq tikilmişdir, Türkiyədə işlər tamanlanır. Amma məsələ budur: bu layihəyə əsasən Azərbaycan hər il Avropaya 600 mqvt elektrik enerjisi çatdırmağı öhdəsinə götürür. Amma indiyə qədər Avropa istehlakçılarıyla müqavilələr imzalanmamışdır. Hətta potensial alıcılar – İran və Rusiya ilə də danışıqlar aparılmır" - iqtisadçı E.Əliyev fikrini yekunlaşdırdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !