Baş nazir Əli Əsədovun qərarı ilə "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilib. Bu barədə Nazirlər Kabineti məlumat verib.
Dəyişikliklərə əsasən, bundan sonra gömrük orqanları tərəfindən mallar buraxıldıqdan sonra gömrük bəyannaməsində düzəlişlər edilə biləcək.
Beləliklə, bu hallar sırasına aşağıdakılar əlavə edilib:
- gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;
- aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;
- yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !