Hökumət internetdən bu şəkilləri sildi - FOTOLAR

14:26 | 17.08.2015
Hökumət internetdən bu şəkilləri sildi - FOTOLAR

Hökumət internetdən bu şəkilləri sildi - FOTOLAR

Çin hökuməti liman şəhəri olan Tyantszində baş verən dəhşətli partlayışla bağlı ölkənin ən öyük sosial şəbəkəsi olan "Weibo"dakı bütün şəkilləri sildirdi, eyni zamanda xeyli sayda veb saytları sensassiyalı xəbər yaymaq adı ilə bağladı.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, şəkillər silinsə də, Freeweibo.com saytı üzərindən silinən fotolar və paylaşımlar hələ də yayımlanmaqda davam edir. 

Sosial şəbəkədə yayımlanan statuslarda havaya kimyəvi maddə yayıldığına dair fikirlər də yer alır. "South China Morninq Post" qəzetinin yazdığına görə, hökumət 50 veb saytı cəzalandırıb, 400-dən çox "Weibo" və WeiboChat" hesabı bağlanılıb.

Avqustun 12-də saat 23 radələrində Çinin sənaye şəhəri olan Tyantszində güclü partlayış baş verib. Nəticədə 112 nəfər ölüb, 95 nəfər isə itkin düşüb. Ölənlərdən 24 nəfərin kimliyi müəyyən edilib, itkin düşənlərin 85 nəfəri yanğınsöndürənlərdir. 

Hadisə nəticəsində zərər çəkən 722 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 58-nin vəziyyətinin ağır olduğu bildirilir. Partlayışdan sonra həmin yerdə müəyyən vaxtdan bir yeni zəif partlayışlar baş verir. 


























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM