Azərbaycan hökuməti "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.
ANN.Az "Report”a istinadən xəbər verir ki, qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qeyd edək ki, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinə göndərir. Ədliyyə Nazirliyi (ƏN) texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 3 gün müddətində Daxili İşlər Nazirliyinə (DİN) göndərir.
Yeni dəyişikliklə 3 gün müddəti 1 günə endirilib. Beləliklə, ƏN texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 gün müddətində DİN-ə göndərməlidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !