İranda zəngin ailələrin övladlarının şəkillərinin paylaşıldığı “Tehranın zəngin uşaqları” adlı instagram profili qapadılıb.
Axar.az xəbər verir ki, profildə yayımlanan açıq-saçıq şəkillər Qərb mediasının gündəmini zəbt edib.
Rəsmilər insanlarda İranla bağlı yanlış fikirlər formalaşdırdığı üçün profili bağlatdırıblar.
“Tehranın zəngin uşaqları” adlı profildə zəngin həyat yaşayan iranlıların şəkilləri əks olunur. İranlı qızların başıaçıq, hətta bikinidə olan şəkilləri profildən paylaşılıb.
Qeyd edək k, İrandakı qaydalara görə, başıaçıq bayıra çıxan qadını 1 il həbs və şallaq cəzası gözləyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !