• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumətin xalq içərisində etimadı yüksək deyil - DEPUTAT/VIDEO

Hökumətin xalq içərisində etimadı yüksək deyil - DEPUTAT/VIDEO
17.03.2023 22:55
Ölkədə sabitliyin və təhlükəsizliyin qarantı prezidentdir, hökumətin xalq içərisində etimadı yüksək deyil. Bunu Milli Məclisin cümə günü keçirilən iclasında deputat Zahid Oruc hökümətin hesabatına münasibət bildirərkən deyib.  
 
"2022-ci ilin hesabatını qəbul edərkən ölkə prezidentinin dəfələrlə bəyan etdiyi 21-ci əsrin tələblərilə çalışan yeni elita quruculuğu və şəffaf idarəçilik əsas meyar olmalıdır. Keçmişdə baş verən məmur cinayətləri, nazirlərin həbsi, büdcəyə, beləliklə, dövlətə və rəhbərə xəyanətlərin aradan qaldırılmasının yeganə yolu tələbənin təhsil aldığı universitetin, şagirdin oxuduğu məktəbin, uşağın dil açdığı bağçanın büdcəsi, rayonun təhsil, səhiyyə, sosial müdafiə xərcləri, ölkə boyu həyata keçirilən infrastruktur layihələrinin dəyəri haqda hər gün insanımıza məlumat verməkdir. Bu hökumətin vəzifəsidir. Lakin media və vətəndaşlarda aşkarlığa laqeyidliyin səbəbləri var. Məsələn, bir fakt-polis və hərbi qurumlarda çalışanların maaşlarının qapalı saxlanması əlbəttə əsaslıdır, çünki məxfi sahələrdə çalışanlar var, lakin 2008-18-ci illərdə dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği ictimaiyyət üçün açıq olsa da, son 4 ildə onu qapamışıq. Nə səbəbə, məlum deyil. Belədə alternativ tədqiqatlar hansı məlumat bazası ilə aparılacaq? Şəffaflıq olmayan yerdə pis rəqabət, korrupsiya və ən nəhayət, vətəndaşların idarəçilikdən uzaqlaşması baş verəcək. Təəssüflər olsun ki, 2022-ci ildə inflyasiyanın 13.9 faiz təşkil etməsi son 14 ildə ölkəmizdə qeydə alınan ən yüksək göstəricidir və ötən il qiymət artımlarının ən yuxarı həddə çatdı. Sərhədlərin bağlı qalması və idxaldan asılılığımız, qida inflyasiyasının rəsmi 20 faizə çatması, əhalinin xərclərinin 56 faizini qida məhsullarının təşkil etməsi, hökumətin yalnız tarifləri mexaniki artırmaqla effektli siyasət yürütdüyünü deməyə imkan vermir. Ölkədə sabitliyin və təhlükəsizliyin qarantı prezidentdir, hökumətin xalq içərisində etimadı yüksək deyil.", - deputat bildirib.
 
Baş nazir Əli Əsədov Zahid Orucun sözünə çox təəccübləndiyini bildirdib. 
 
"Görəsən Zahid Oruc hansı meyar, hansı göstərici ilə hansı cihazla ölçərək deyir ki, xalqın arasında hökumətin nüfuzu aşağıdır. Zahid Orucdan xahiş edəcəm o cihazı götürüb gəlsin yanıma görək o cihazla nüfuzu necə ölçürlər", - baş nazir söyləyib.
 
Zahid Oruc prezidentin 2018-ci il fərmanı ilə yaratdığı Sosial Tədqiqatlar Mərkəzinin sədridir. 

STM ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
 
Mərkəz 2022-ci ildə 7 analitik hesabat, 76 açıq və qapalı arayış hazırlayıb. Həmçinin bir çox mövzular əsasında ictimai rəyin formalaşmasında rol oynayıb. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Siyasət 23:30
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Siyasət 19:57
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Siyasət 18:03
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Azərbaycan və İran narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizəni müzakirə edib
Siyasət 17:48
Azərbaycan və İran narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizəni müzakirə edib
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Siyasət 16:51
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycanda 39 yeni hakim and içib
Siyasət 16:23
Azərbaycanda 39 yeni hakim and içib
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Siyasət 15:18
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Siyasət 14:52
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Birinci xanımlar görüşüb
Siyasət 13:45
Birinci xanımlar görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol