Hollandiyada “Mamed Mamedov” parkı - FOTO

10:53 | 29.01.2014
Hollandiyada “Mamed Mamedov” parkı - FOTO

Hollandiyada “Mamed Mamedov” parkı - FOTO

Sosial şəbəkələrin birində Hollandiyada azərbaycanlı Məmməd Məmmədovun adına park olduğunu əks etdirən foto yayılıb. Şəkil barədə məlumatda Zaqataladan olan Məmməd Məmmədovun I Dünya Müharibəsi zamanı Hollandiyada partizanlara qoşulduğu, daha sonra isə bu ölkədə məskunlaşaraq yaşadığı bildirilib. Məlumata görə, 1923-cü ildə Zaqatalada anadan olmuş Məmməd Məmmədov 1941-ci ildə müharibəyə gedib.

1943-cü ildə əsir düşdükdən sonra almanlar onu Hollandiyaya, Ostervyaka şəhərindəki düşərgəyə göndərirlər. Amma tezliklə Məmməd əsir düşərgəsindən qaçır və holland partizanlarına qoşularaq, göstərdiyi igidliklərə görə onların arasında "Medo" ləqəbini alır. Müharibədən sonra hollandiyalı Mariya Sebreqtlə ailə quran Məmməd Məmmədov elə Ostervyakda qalır. Bu park isə həmin şəhərdə igid Məmməd Məmmədovun şərəfinə salınıb.//Anspress

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti