ANN.Az xəbər verir ki, Arnold Schwarzenegger və Sylvester Stallone kimi məşhurlar ABŞ-ın Beavers Hills şəhərində təşkil edilən "İsrail Ordusunun Dostları" adlı gecəyə qatılıb.ABŞ-da yaşayan israilli iş adamlarının hər il ənənəvi olaraq təşkil etdiyi yardım kampaniyası çərçivəsində İsrail ordusu üçün pul toplanır.Bu il keçirilən kampaniya xüsusilə seçilib və rekord pul yardımı toplanıb. Bunun səbəbi isə qonaqlar arasında iki Hollywood ulduzu - Arnold Schwarzenegger və Sylvester Stallonenin də varlığı olub. Daha əvvəllər də İsraili dəstəklədiklərini açıqlayan məşhurlar rekord rəqəmin meydana gəlməsində böyük pay sahibidirlər. "İsrail Ordusunun Dostları" gecəsində bu ikilinin xaricində də bir çox ulduz qatılıb. Bunlar arasında Ricky Martın, David Foster və Pamela Anderson da var.ANN.Az