Hollivud film şirkəti "Sony Pictures” qəhrəmanları "smaylik”lər olan tammetrajlı cizgi filminin çəkilişinə başlayıb.
AzNews.az xəbər verir ki, bu barədə Koliforniya KİV-ləri məlumat verib. Məlumatda qeyd olunur ki, cizgi filmini çəkmək üçün Hollivudun 3 nəhəng film şirkəti - "Warner Bros.”, "Paramount Pictures” və "Sony Pictures” mübarizə aparıb. Nəticədə "Sony Pictures” qalib gəlib.
Layihənin rejissoru 43 yaşlı amerikalı Entoni Leondis, ssenari müəllifi isə Erik Ziqel olacaq.
Qeyd edək ki, "Sony Pictures” Hollivudda internet reallıqlarını ən yaxşı mənimsəyən şirkət kimi göstərilir. Onun yeni "Piksellər” (Pixels, 2015) filmi yaxın günlərdə ekrana çıxacaq. Bu filmin qəhrəmanları ötən əsrin 80-ci illərində mövcud olan kompüter oyunlarının personajlarıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !