Homoseksual nazir cəmiyyətin reaksiyasından razı qalıb

15:33 | 26.11.2014
Homoseksual nazir cəmiyyətin reaksiyasından razı qalıb

Homoseksual nazir cəmiyyətin reaksiyasından razı qalıb

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç  "The Washington Post"a bildirib ki, cinsi oriyentasiyası ilə bağlı bəyanatından sonra ictimaiyyətin reaksiyası onun ehtimal etdiyindən qat-qat yaxşı olub.

"Cəmiyyətdə homoseksual mövzusuna münasibətdə müəyyən mənada tərəqqi baş verdiyini gördüm. Bu tərəqqi 10-20 illə müqayisədə də ciddi şəkildə hiss olunur. Düşünürəm ki, mənim xanımım, ailəmlə bağlı suallara cavab olaraq uydurma danışmaq və ictimaiyyətə açıq, həqiqəti əks etdirən bəyanatı vermək qərarım düzgün idi".Bununla yanaşı nazir qeyd edib ki, Latviya hakimiyyətinin tez bir zamanda homoseksual nikahları leqallaşdırması məsələsinə baxacağı gözlənilmir: "Biz hətta qarşıdan gələn 4-5 illik müddət haqqında da danışa bilmərik. Problemin dəqiq anlayışı qavranılana qədər xeyli vaxt keçməlidir".Qeyd edək ki, bu ilin noyabr ayının əvvəllərində latviyanın xarici işlər naziri E.Rinkeviç ictimaiyyətə homoseksual olduğunu bəyan etmişdi. Həmin vaxt o, Tvitter səhifəsində yazmışdı ki, bu bəyanatından sonra ictimaiyyətdə meqaisterika başlayacaq, ancaq o, buna baxmayaraq homoseksual olması ilə fəxr edir.ANN.Az  

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM