ABŞ-ın Tenessi ştatının Senatında yeni qanun layihəsi təqim edilib. ANS PRESS-in məlumatına görə, kiçik biznes nümayəndələrinə homoseksuallara (LGBT) qulluq etməkdən imtina etməyə icazə verilib. Qanun, bu cür düşünən sahibkarların müdafiəsi üçün nəzərdə tutulub. Müvafiq qanun həmin sahibkarların eynicinsli ailələrə xidmətdən imtina etməsini təmin edəcək. “Biz əmin olmaq istəyirik ki, vicdanımızı və biznes nümayəndələrinin inancını qoruyuruq”,-deyə qanunun müəllifləri bildirib. Buna bənzər, homoseksualara xidmətdən imtina edən qanun özünün dini dünyagörüşü ilə ailə institutuna rəhbərlik edir və keçən həftə Kanzasda qəbul edilib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin homoseksuallar barədə məhdudlaşdırıcı qanun təklifini ABŞ tənqid etmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !