"Honda"nın hava yastığından 8-ci ölüm

16:07 | 23.06.2015

"Honda"nın hava yastığından 8-ci ölüm

Yapon avtomobil şirkəti "Honda" hava yastığının səbəb olduğu 8-ci ölüm faktını rəsmi qaydada təsdiq edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, avtomobil nəhəngi hava yastığının partlaması səbəbilə milyonlarla maşını geri çağırmışdı. Ən son 2014-cü ilin sentyabr ayında ABŞ-ın Los Anjeles ştatında bir qadın 2001-ci il model "Honda Civic" avtomobili ilə qəza törətmiş və bu zaman hava yastığını partlamış və şrapnel parçası qadının başına girmiş və o, hadisə yerindəcə ölmüşdü. 

Bu gün "Honda" şirkəti həmin qəzanın şirkətin texniki nasazlığı səbəbilə baş verdiyini  rəsmi şəkildə etiraf edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM