Bir müddət əvvəl Havay xəbər agentliklərinin birində dərc olunan məqalədə yazılıb ki, əgər Havay müstəqil ölkə olsaydı, Azərbaycana bənzəyərdi. Məqalənin müəllifi Çad Blerdir.
Məqalədə iqtisadçı-jurnalist Çad Bler Azərbaycanla Havayı ümumdaxili məhsul nöqteyi nəzərindən müqayisə edir.
İqtisadiyyat sahəsində ixtisaslaşan müstəqil jurnalist, həmçinin Amerika sahibkarlıq institutundakı beyin mərkəzində bloq yazan Mark Perri 2013-cü ildə iqtisadiyyatın inkişafına görə, Amerika ştatlarının təxminən hansı dünya ölkələriylə uyğun gələcəyi barədə araşdırma aparıb.
"Nəticələr olduqca heyrətamizdir: Ümumi Daxili Məhsulun (ÜDM) həcminə Amerikanın ən güclü iqtisadiyyatı olan ştatlarından biri Kaliforniya ÜDM-yə görə Braziliya ilə bərabərdir", - blogger yazır. "Texasın ÜDM-si Avstraliyanınkıyla demək olar ki, eynidir. Ohayo ştatının iqtisadiyyatı İsveçin iqtisadiyyatına bərabərdir. Nyu-York-un iqtisadi göstəriciləri isə İspaniyanınkıyla oxşardır".
Havay-ın ÜDM-sinin həcmini Azərbaycanla, Cənubi Qafqazda yerləşən, Şərqi Avropanın Qərbi Asiyayla birləşdiyi coğrafiyada yerləşən ölkəylə müqayisə etmək olar.
Bu xəritənin mahiyyəti ABŞ iqtisadiyyatının daxili həcminin gücünü təyin etməkdən ibarətdir: "2014-cü ildə ABŞ-ın ÜDM-sinin həcmi 17.4 trilyon dollar olub, onu 10.4 trilyon dollarla Çin və digər ölkələr izləyir".
Qeyd etmək lazımdır ki, hazırkı xəritə yaşayış minumumunu nəzərdə tutmur.
Həmçinin vurğulamaq yerinə düşər ki, keçən il siyasətçi Mark Takay və Palatanın xarici əlaqələr komitəsində Havayiləri təmsil edən Rid Kabanilla öz həmkarlarını inandıra bilmədilər ki, Obamaya Dağlıq Qarabağ münaqişəsinin həllində iştiraka çağırmaq üçün müraciət etsinlər
2013-cü ildə Azərbaycan Kabanilla və Takayın ölkəni ziyarət etməsi üçün $ 8000 xərcləmişdi.
Mənbə: www.civilbeat.com/2015/06/if-hawaii-were-a-country-it-would-be-azerbaijan/
Bizi sosial şəbəkələrdə izləyin !