Hoteldə yetkinlik yaşına çatmayan qıza təcavüz edən şəxsdən xəbər var

14:10 | 12.06.2019
On altı yaşına çatmayan qızla intim münasibətdə olmaqda təqsirləndirilən Nəriman Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Anews.az Oxu.Az-a istinadan xəbər verir ki, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası iyunun 24-də keçiriləcək.
Qeyd edək ki, hadisə Bakıda yerləşən "Ambassador” hoteldə baş verib. Həmin hoteldə çalışan 26 yaşlı N.Əhmədov 14 yaşlı Q.L. ilə intim münasibətdə olmaqda təqsirləndirilir.

Qızın atasının hüquq-mühafizə orqanlarına müraciətinə əsasən, cinayət işi başlanılıb. N.Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

www.anews.az
loading...