Hüquq müdafiəçilərin saxlanmasına Novruz Məmmədovdan REAKSİYA

10:30 | 29.04.2014
Hüquq müdafiəçilərin saxlanmasına Novruz Məmmədovdan REAKSİYA

Hüquq müdafiəçilərin saxlanmasına Novruz Məmmədovdan REAKSİYA

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Leyla Yunus və həyat yoldaşı ölkəni tərk edərkən onun təsiri ilə saxlanılmasına münasibət bildirib.APA-nın məlumatına görə, N. Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu, xəbəri yazan agentliyin təxribatıdır. Şöbə müdiri qeyd edib ki, onun tərəfindən belə bir göstəriş, təsir olmayıb və yayılan xəbərlərin əsası yoxdur: “Səhv etmirəmsə, bunu “Turan” agentliyi yaymışdı. Bu xəbər məni çox təəccübləndirdi. Guya onlar təyyarə ilə xaricə gedən zaman mən kiməsə demişəm ki, onları təyyarəyə buraxıb sonra isə saxlasınlar. Bu tamamilə yalandır, bu xəbəri yayan agentlik birbaşa təxribatla məşğuldur. Bu, bilərəkdən ictimaiyyəti çaşdırmaqdır”. Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakı aeroportunda saxlanılıblar. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM