Hüseyn Cavidin əsərləri türk dilində

21:49 | 24.12.2013
Hüseyn Cavidin əsərləri türk dilində

Hüseyn Cavidin əsərləri türk dilində

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun şəxsi təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının böyük siması, Turan sevdalısı Hüseyn Cavidin əsərlərinin toplusu Türkiyə türkcəsində nəfis tərtibatda nəşr olunub. ANS PRESS-in verdiyi məlumata görə, kitabda H.Cavidin 6 dram əsəri, 1906-1909-cu illərdə İstanbulda tələbə olduğu zamanlarda qələmə aldığı “Maral”, “Afət”, və “Uçurum” pyesləri, şeirləri və müxtəlif illərdə çəkilmiş rəsmləri yer alıb. 944 səhifədən ibarət olan kitabın tərtibatçısı Hüseyn Cavid irsinin araşdırıcısı Doç. Dr. Azər Turan, redaktoru Selma Sukasdır. Kitab İstanbulda “Küsena” yayınları tərəfindən Step Ajans reklamçılık, Mətbəəçilik, tanıtım və Organizasyon Ltd. Şti.-də çap olunub. Qeyd edək ki, kitab AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM