Hüsnü Mübarək: ""Siyasi islam"ın hakimiyyəti ələ keçirməsinin qarşısını ala bilərdik"

12:53 | 27.04.2015
Hüsnü Mübarək:

Hüsnü Mübarək: ""Siyasi islam"ın hakimiyyəti ələ keçirməsinin qarşısını ala bilərdik"

""Siyasi islam" hərəkatının hakimiyyəti ələ keçirmə cəhdinin qarşısını ala bilərdik".
 
ANN.Az "Report"a agentliyinə istinadən xəbər verir ki, bunu Misirin devrilmiş prezidenti Hüsnü Mübarək bildirib.

Xəbərə görə, H.Mübarək "Sada əl-Beled" telekanalının Sina yarımadasının Misirə qaytarılmasına həsr olunan verilişinə telefon vasitəsi ilə qatılıb: "1981-ci il oktyabrın 6-da Misirin prezidenti Ənvər Sadat sui-qəsd nəticəsində öldürüldü. Onda mən prezident köməkçisi işləyirdim. O vaxtadək Misirin ərazi bütövlüyü təmin olunmamışdı. Hiss edirdim ki, üzərimə böyük məsuliyyət götürmüşəm. Hakimiyyəti "siyasi islam" hərəkatından tez ələ keçirmək lazım idi".

"Əl-Məadi" hospitalından verilişə qatılan keçmiş prezident daha sonra deyib: "Allaha şükürlər olsun ki, onlar hakimiyyəti ələ keçirə bilmədi. Onların istəyi Ənvər Sadatı qətlə yetirmək deyil, hakimiyyəti ələ keçirmək idi".

O, indiki dövlət başçısı Əbdülfəttah Sisiyə etibar etdiyini və inandığını da qeyd edib.

Qeyd edək ki, Misir 1982-ci ilin yazında İsrail ordusunu Sina yarımadasından tamamilə çıxarıb.

Bir neçə gün öncə İranın "Fars" agentliyi Hüsnü Mübarəkin ölümü ilə bağlı xəbər yaymışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM