• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı yeni İDDİA və TƏKZİB

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı yeni İDDİA və TƏKZİB
27.01.2023 22:06
Açıq internetdə  Azərbaycanın İrandakı səfirliyinə yanvarın 27-də edilən hücumla bağlı hesab edilən yeni görüntülər yayılıb. Bu barədə Qafqazinfo.az saytı məlumat verir.  Azərbaycan Xarici işlər Nazirliyi isə bu görüntülərin həqiqiliyini təsdiqləmir.
 
Məlumatın hansı internet kanalından götürüldüyünü bildirməyən saytın  iddiasına görə,  terrorçuluqda ittiham olunan  İran vətəndaşı Yasin Hüseynzadə adlı şəxs səfirliyə iki dəfə hücum etməyə cəhd edib.  Onun ilk hücumunun qarşısını səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev alıb. 
 
İkinci cəhddə isə o, qapını sındırmağa çalışıb. Bu zaman terrorçunun  "Kalaşnikov” avtomatını yerə qoyduğu görüntülərdə  görünür.
 
Görüntülərin həqiqiliyi, terror aktı ilə bağlılığı və mənbəyi barədə Azərbaycan XİN və İran hüquq mühafizə orqanları  hər hansı təsdiqedici xəbər verməyib. 
 
Azərbaycan XİN-dən Anews-a verilən məlumata görə, "səfirliyə yalnız bir hücum olub, ikinci hücum olmayıb". 
 
Rəsmi məlumata görə, Azərbaycan səfirliyinə bir dəfə hücum edilib. 
 
"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib.  Kalaşnikov avtomatı ilə silahlanmış hücumçu mühafizə postuna daxil olaraq təhlükəsizlik xidmətinin rəisini öldürüb.  Səfirliyin iki mühafizəçisi də hücumu dəf edərkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.  Hazırda hadisə ilə bağlı araşdırma aparılır", - rəsmi məlumatda bildirilir.
 
N.Təbrizli
 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol