Hüquq pozan hökumət orqanlarının adı açıqlansın - Deputat

14:31 | 07.03.2023
Hüquq pozan hökumət orqanlarının adı açıqlansın - Deputat

Hüquq pozan hökumət orqanlarının adı açıqlansın - Deputat

Ən çox insan hüquqları pozan hökumət orqanlarının adı açıqlanmalıdır. Bunu deputat Zahid Oruc Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında Ombusdmanın illik hesabatına münasibət bildirərkən deyib. 
 
"Çünki Konstitusiya Qanunun 14.2-ci maddəsinə əsasən Müvəkkil "İllik məruzədə insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adlarını çəkir və bununla əlaqədar görülən tədbirlər barədə məlumat verir”. Şikayətlərin hansı dövlət orqanlarını əhatə etməsi və onların xarakterinin ümumiləşdirilməsi, regional ofislər və onların fəaliyyəti barədə məlumatların genişləndirilməsi, hüquq və azadlıqlar üzrə indekslərin yaradılması məqsədəuyğun olar", - deputat bildirib.
 
Deputat təklif edib ki, Azərbaycanda hüquq müdafiəçilərinin fəaliyyətinin normativ bazası gücləndirilməlidir.
 
"12 dekabrdan başlayan Xankəndi-Laçın yolundakı davamlı aksiyalar 3-cü sektorun əhəmiyyətini göstərdi. Azərbaycana qarşı xarici hücumların əsas silahına çevrilən, insan hüquqları üzrə beynəlxalq qurumlarla on illərdir davam edən düşmənçilik münasibətlərinə son qoyulmasına ehtiyac var. Vətən müharibəsi zamanı iki beynəlxalq qurum nəhayət, ölkəmizə qayıtdı, iki obyektiv sənəd hazırladı. Human Rights Watch və Amnesty İnternationalın məramı nə olsa da problemlərin obyektiv müzakirəsi nəhayət, soyuq müharibəyə son qoyardı", - Zahid Oruc söyləyib.
 
Millət vəkili hesabatın müzakirəsi zamanı onu da qeyd edib ki, mənzil-kommunal sistemində olan problemlə aradan qalxmayıb, hətta daha da artıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb