Yəməndə Cazan vilayətinin əl-Havbə bölgəsində Səudiyyə Ərəbistanı əsgərlərinin nəzarətində olan hərbi əraziyə qumbaraatanla atəş açılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri husilərin nəzarətində olan "Saba” xəbər agentliyi hərbi mənbəyə istinadən yayıb. Atəş nəticəsində bir neçə əsgərin öldüyü və hərbi zonada yanğın başladığı bildirilir.
Həmçinin xəbərdə, husiləri və yerli özünümüdafiə dəstələrini dəstəkləyən silahlı birləşmələrin Səudiyyə Ərəbistanının Nəcran vilayətinə bağlı Nehuka hərbi zonasına 8 raket atdığı bildirilib.
Məsələyə Səudiyyə Ərəbistanı rəsmiləri münasibət açıqlamayıb.
Qeyd edək ki, bu ilin mart ayından Səudiyyə Ərəbistanı husilərə qarşı hava zərbələrinə başlayıb, məqsəd devrildikdən sonra Səudiyyə Ərəbistanına qaçmış prezident Abd-Rabbu Mansur Hadini hakimiyyətə qaytarmaqdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !