Bu saatlarda Bakının Hövsan kəndinin 100-dən çox sakini aksiyası keçirir. Onlar, əsasən, kəndin sosial problemlərinin həll olunması tələbiylə küçəyə çıxıblar.
ANN.Az-a sakinlərin verdiyi məlumata görə, onlar kəndin icra nümayəndəliyinin qarşısından yeni poliklinikaya gedən əsas yolu bağlayaraq ərazi üzrə icra nümayəndəsi Ağasəlim Əliyevi gözləyirlər.Aksiyada iştirak edənlər bildirirlər ki, kəndin yolları bərbad gündədir, payız, qış və yaz aylarında məktəbə, uşaq bağçasına getmək mümkün deyil. Bu günlərin yağmurlu havalarından sonra isə vəziyyət daha acınacaqlı duruma düşüb, hər tərəf gölməçə və palçıqdır.
Etirazçıların dediyinə görə, Qurban bayramı ərəfəsində kəndə gələn Bakı Şəhər İH-nin başçısı H.Abutalıbov bu problemin tezliklə həll olunacağına söz versə də, dəyişən bir şey yoxdur.
Aksiyada ölkədə baş verən bahalaşmaya da etiraz şüarları səslənir.
SeymurANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !