"Hyundai" sürücüsüz avtomobil bazarına çıxır

21:44 | 01.04.2015

"Hyundai" sürücüsüz avtomobil bazarına çıxır

Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor Co" şirkəti 2020-ci ilədək bəzi avtomobillərində avtonom sürücülük imkanlarını gəlir mənbəyinə çevirmək niyyətindədir.
 
"ICTnews” xəbər xidmətinin şirkətin rəsmi bəyanatına istinadən verdiyi məlumata əsasən, "Mercedes" və  "General Motors Co" kimi avtomobil istehsalçıları  və  həmçinin  "Google İnc" və "Apple İnc" hazırda özünü idarə edən  nəqliyyat vasitələrini inkişaf etdirirlər.
 
Bəzi analitiklərin rəyinə əsasən, qanunvericiliyin tam hazır olmadığına görə qlobal bazarda özünü idarə edən avtomobillərin yayılması 2020-ci ilə qədər  gözlənilmir.
 
Digər avtomobil istehsalçıları kimi, "Hyundai Motor"un da  premium avtomobilləri avtonom xarakteristikalarla təchiz edilib və piyadanın yola çıxmasını qeyd edən proqram özü əyləci işə salır.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM