Daşqın 60 yaşlı polis zabitini işə gedən zaman yaxalayıb.
ABŞ-ın Hyuston şəhərində daşqınlar zamanı itkin düşmüş sayılan polis əməkdaşı Stiv Peres suda boğulub.
"Report" xəbər verir ki, bu barədə şəhər polisinin rəisi Art Asevedo məlumat verib.
CBS telekanalının xəbərinə görə, daşqın 60 yaşlı polis zabitini o xidmətə gedən zaman yaxalayıb.
Bildirilir ki, Peres Hyuston Polis İdarəsində 30 ildən çox xidmət edib.
Polis daşqınların doqquzuncu qurbanı olub, daha altı nəfər itkin düşüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !