Hyustonda su altında qalan kimya zavodunda partlayışlar baş verib

17:20 | 31.08.2017
Hyustonda su altında qalan kimya zavodunda partlayışlar baş verib

Hyustonda su altında qalan kimya zavodunda partlayışlar baş verib

Bir polis tüstüdən zəhərləndiyinə görə xəstəxanaya yerləşdirilib, daha 9 nəfər tibbi müayinədən keçirilir.

Su altında qalan Hyuston şəhərindən 30 kilometr məsafədə yerləşən "Arkema" şirkətinin kimya zavodunda partlayışlar başlayıb.

"Report" "ABC News" telekanalına istinadən xəbər verir ki, zavod ərazisindən partlayış səsləri eşidilir, binadan qara tüstü çıxır.

Partlayışların nəticələri zavodun yerləşdiyi Krosbi şəhərinin sakinləri üçün təhlükəli ola bilər. Texas polisinin məlumatına görə, artıq polislərdən biri tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Daha 9 polis məmuru isə tibbi müayinədən keçirilir.

"Arkema" zavodu Hyustondan 34 kilometr aralıda yerləşən Krosbi şəhərindədir. Zavodun fəaliyyəti avqustun 25-də, "Harvi" qasırğası başlamazdan əvvəl dayandırılıb. Lakin qasırğanın səbəb olduğu leysan yağışlar səbəbiylə zavod ərazisini su basıb və elektrik təchizatı kəsilib. Ehtiyat generatorlar da su altında qalıb. Nəticədə zavodun soyutma sistemi enerjisiz qalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM