• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatdı

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatdı
25.11.2013 13:42

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatıb. 

ANN.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Noyabrın 20-dən 23-dək Nizami Kino Mərkəzində festivalın müsabiqə proqramına daxil olan filmlər nümayiş etdirilib. Festivalda qaliblər elan olunaraq, mükafatlandırılıb. Bağlanış mərasiminin sonunda çıxış edən Turizm Film Festivalları Beynəlxalq Komitəsinin (CIFFT) direktoru Aleksandr Kammel Bakı Beynəlxalq Turizm Filmləri Festivalının CIFFT-yə üzv qəbul olunduğunu elan edib. Qeyd edək ki, 2014-cü ilin iyun ayında II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsi planlaşdırılır.

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının Qran Pri mükafatını Birləşmiş Ərəb Əmirliklərindən Babək Amininin “Şübhəsiz, Dubay” filmi qazanıb. Ölkə, region, şəhər kateqoriyasında qızıl mükafatı "Skopye - Tarixlə gələcəyin qovuşduğu şəhər" (Skopje-The City Where History Meets the Future - Darko Mitrevski, Makedoniya), Mədəniyyət və ənənə kateqoriyasında "Marko Polonun axtarışında" (In Search of Marco Polo -Miro Brankoviç, Xorvatiya), ekstrimal turizm kateqoriyasında "Odlar yurdu" (Land of Fire - Filip Baribu, ABŞ, Azərbaycan), ekologiya turizm kateqoriyasında "Azadlığa doğru iki addım" (Rota Vicentina - Two Steps to Freedom - Danilo Uarik, Qonçalo Payksao, Portuqaliya), reklam filmləri kateqoriyasında "Çania - Ləzzət aləminə səyahət" (Chania - A Journey Through Its Flavours - Teo Papadoulakis, Yunanıstan), tv məhsulları kateqoriyasında "Zaqreb, şəhərdə tənəffüs" (Zagreb, A City-break - Madalina Neaqoe, Rumıniya) filmləri layiq görülüb.

Kateqoriyalar üzrə də iştirakçılara gümüş və bürünc mükafatlar təqdim olunub. Turizm festivalın Milli Mükafatı Vasif Məmmədzadənin “Şəhər içində şəhər” filminə verilib. Jürinin xüsusi mükafatı isə “Qafqaza qayıdış” filminə verilib.

I Odlar Yurdu Foto Müsabiqəsinin qalibi isə “Bakı - İçərişəhər” foto layihəsi ilə Ərtoğrul Qafarov olub.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
Mədəniyyət 21:00
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
bp qədim tarixin araşdırılmasına dəstək verir
Mədəniyyət 18:49
bp qədim tarixin araşdırılmasına dəstək verir
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Mədəniyyət 01:22
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol