I rübdə Azərbaycanda pul bazası azalıb

15:20 | 01.04.2024
I rübdə Azərbaycanda pul bazası azalıb

I rübdə Azərbaycanda pul bazası azalıb

2024-cü il martın 29-na Azərbaycanda pul bazasının həcmi 20 milyard 396,4 milyon manat təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 

2023-cü ilin sonuna Azərbaycanda pul bazası 20 milyard 875,2 milyon manat təşkil edib. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında pul bazası 2,3% və ya 478,8 milyon manat azalıb.

Bununla yanaşı, mart ayında Azərbaycanda pul bazası 264,6 milyon manat və ya 1,3% artıb.

2023-cü ildə Azərbaycanda pul bazası 19,6% artıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM