Müştərilərin öz nağdsız ödənişlərindən qazanması
üçün müxtəlif imkanlar yaradan Azərbaycan Beynəlxalq Bankı bu sahədə daha bir
yeniliyini təqdim edib. Bank IBA Miles kartlarını müştərilərin istifadəsinə
verib.
Bu, xüsusilə səyahətsevərlər üçün çox faydalı bir
kartdır. Hazırda COVID-19 pandemiyası səbəbindən səyahətlərdə məhdudiyyətlər
olsa da, müştərilər IBA Miles kartlarını əldə edərək ödənişlərini onunla aparıb
indidən millər toplaya, məhdudiyyətlər götürüləndə isə pulsuz səyahət
imkanlarından geniş istifadə edə bilərlər. Bir sözlə, pulsuz səyahət əldə etmək
üçün məhdudiyyətlərin götürülməsini gözləməyə gərək yoxdur. IBA Miles kartları
ilə indidən mümkün qədər çox mil toplamaq lazımdır ki, məhdudiyyətlər ortadan
qalxanda səyahətlər pulsuz başa gəlsin.
IBA Miles kartları müştəriyə hər ödənişdən millər
qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə,yaxud otel
rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər
zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində
və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan
sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər.
Azərbaycan
Beynəlxalq Bankı bu layihəni tərəfdaşı olan MasterCard beynəlxalq ödəniş
sistemi ilə birgə həyata keçirir. IBA Miles kartlarının iki növü var: IBA Miles
Mastercard World və IBA Miles Mastercard Black Edition. Hər müştəri özünə uyğun
kartı seçə bilər.
IBA Miles
kartı ilə millərin hesablanması qaydası isə belədir: IBA Miles
MasterCard World kartı ilə hər 1 manat dəyərində ödənişə görə müştəri ölkə
daxilində 1.2, ölkə xaricində 1.6 mil toplayır. IBA Miles MasterCard Black
Edition kartı isə hər 1 manat dəyərində ödəniş üzrə müştəriyə ölkə daxilində
1.5 mil, ölkə xaricində 1.8 mil qazandırır. IBA Miles kartının ən böyük
üstünlüklərindən biri də budur ki, müştərinin ödəniş dövriyyəsi ilk dəfə 1000
manatı keçdikdə ona avtomatik olaraq 500, ilk 2000 manatı keçdikdə isə 1000 mil
birdəfəlik hədiyyə edilir. Millərdən 2 il müddətinə istifadə etmək olar.
Kartdan istifadə müddəti 3 ildir. Kartı həm manat,
həm dollar, həm də avro hesabında açdırmaq olar. Üstəlik, Azərbaycan Beynəlxalq
Bankının ATM-lərində IBA Miles kartları ilə nağdlaşdırma zamanı heç bir
komissiya haqqı tutulmur.
"QayğıCash proqramı” çərçivəsində Azərbaycan Beynəlxalq
Bankı ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş kəşbək
faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. IBA Miles kartlarını buradan sifariş vermək
olar.
Qeyd edək ki, Bank ilk dəfə olaraq öz yeni məhsulunun
təqdimatını sosial şəbəkələr üzərindən onlayn formatda edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !