Azərbaycan Beynəlxalq Bankı özünün yeni kart məhsullarından
olan IBA Miles kartları ilə bağlı yeni kampaniyaya start verib. "Xoş gəldin” adlanan
kampaniya çərçivəsində oktyabrın 12-ə qədər hər bir yeni IBA Miles kartı alan
müştəriyə dövriyyə tələbi olmadan 2000 mil, IBA Miles Premium kartı istifadəçilərinə
isə 4000 mil hədiyyə ediləcək. IBA Miles kartlarını buradan onlayn sifariş vermək olar.
IBA Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə
tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət
imkanlarından istifadə edə bilərlər. IBA Miles kartları müştəriyə nağdsız ödənişlərdən
millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud
otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili
səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava
yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda
millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada
dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq
mümkündür. Sifariş edilmiş IBA Miles Premium kartlarını seçimindən asılı olaraq
Bank müştərinin ünvanına çatdırır. IBA Miles Premium kart sahibləri Chatbot Concierge,
Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən
də yararlana bilərlər.
IBA Miles kartlarının bir çox üstünlükləri var.
Kartdan istifadə müddəti 3 ildir. Azərbaycan Beynəlxalq Bankının ATM-lərində
IBA Miles kartları ilə nağdlaşdırma zamanı 15.000 manata qədər heç bir
komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın
mobil tətbiqində mil balansını yoxlamaq olur. "QayğıCash proqramı” çərçivəsində
Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla
aparılmış hər ödəniş kəşbək faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !