Akademiyaya qəbul olunmaq istəyən şəxslər aprelin 18-dək Akademiyanın rəsmi Facebook və internet səhifəsindən onlayn ərizə göndərə bilərlər: https://ibatech.az
Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 2 mərhələdə aparılacaq: motivasiya məktubu və fərdi müsahibə. Təlimlər 26 aprel tarixindən başlanacaq və 4 ay davam edəcək.
IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Gələcəyinə yatırım etmək istəyən hər kəs bu imkandan yararlana bilər. Akademiyada təhsil ödənişlidir. Müraciət edən namizədlər arasından seçim mərhələsində ən yüksək bal toplamış şəxslər isə Azərbaycan Beynəlxalq Bankının, eləcə də bp və onun tərəfdaşlarının (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) birgə təqaüd proqramı çərçivəsində Akademiyada ödənişsiz təhsil almaq şansı qazanacaqlar.
Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. IBA Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək edir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir. İndiyə qədər Akademiyanı 230-dan çox məzun bitirib. IBA Tech Akademiyası məzunlarının 70%-dən çoxu Azərbaycan Beynəlxalq Bankında və müxtəlif aparıcı şirkətlərdə işlə təmin olunub. Belə bir Akademiyanın yaradılmasında Azərbaycan Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !