İbadoğlu və Nazim Bəydəmirliyə İstintaq təcridxanasına xəbərdarlıq edilmədən baş çəkilib

16:06 | 13.09.2023
İbadoğlu və Nazim Bəydəmirliyə İstintaq təcridxanasına xəbərdarlıq edilmədən baş çəkilib

İbadoğlu və Nazim Bəydəmirliyə İstintaq təcridxanasına xəbərdarlıq edilmədən baş çəkilib

Milli Preventiv Qrupun üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilən başçəkmə zamanı bir sıra şəxslərlə, o cümlədən Qubad İbadoğlu və Nazim Bəydəmirli ilə konfidensial qaydada görüş keçirilmiş, onlarla rəftar, saxlanma şəraiti, tibbi xidmətin vəziyyəti öyrənilmiş, müraciətləri yerində araşdırılıb. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Ombusdman aparatından bildirilib. 
 
Bildiirlib ki, həmin şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.
 
"Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqovanın Ombudsmana ünvanladığı ərizələri ilə bağlı tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Ədliyyə Nazirliyinə müraciət olunub", - sorğuda qeyd olunub. 
 
Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
 
Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM