İbadoğlunun məhkəmədə iştirakla bağlı vəsatəti təmin olunmayıb

17:54 | 08.09.2023
İbadoğlunun məhkəmədə iştirakla bağlı vəsatəti təmin olunmayıb

İbadoğlunun məhkəmədə iştirakla bağlı vəsatəti təmin olunmayıb

Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunun məhkəmədə iştirak etməsi hüququ təmin edilməyib. Bu barədə onun vəkili Bəhruz Bayramov Turan agentliyinə məlumat verərək deyib. 
 
O bildirib ki, Nərimanov Rayon Məhkəməsində bununla bağlı vəsaətət qaldırıb və hakim ona bununla bağlı yuxarı prokurorluq orqanlarına müraciət etməyi tövsiyə edib.
 
Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM