İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

09:21 | 15.03.2023
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb.

Təmaslar Türkiyə nümayəndəsinin ABŞ-nin paytaxtı Vaşinqtona səfəri çərçivəsində baş tutub.

Danışıqlar zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM