İbrahim Tatlısəs ölümlə pəncələşir

09:29 | 15.03.2015
İbrahim Tatlısəs ölümlə pəncələşir

İbrahim Tatlısəs ölümlə pəncələşir

Başından silahla vurulan, uzun müddət ölüm-dirim mübarizəsi aparan İbrahim Tatlısəs yenidən əməliyyat olunmasından sonra reanimasiyada yatırılır. 

ANS PRESS-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs 5 saatlıq əməliyyatdan sonra reanimasyaya köçürülmüşdü.

Artıq bu gün də daxil olmaqla, 6 gündür ki, yuxudan oyanmayan müğənninin vəziyyəti yaxınlarını dərin hüznə qərq edib. Həkimlər sənətçinin həyati təhlükə ilə üz-üzə olduğunu bildirirlər. 

Onu da bildirək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşıb.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM