“Pari Sen-Jermen”in hücumçusu Zlatan İbrahimoviç komandasının rekordunu qırıb. Apasport.az saytının məlumatına görə, yeni rekord Fransa çempionatında “Sent-Etyen”lə matça təsadüf edib. İbrahimoviç bu oyunda 2 qol vurub və komandasının qələbəsini təmin edib. 32 yaşlı isveçli hücumçu bu mövsüm “PSJ”nin tərkibində Fransa çempionatında 25, bütün turnirlərdə isə 40-cı qoluna imza atıb. Bu, komada tarixində yeni rekorddur. “PSJ”nin əvvəlki məhsuldarlıq rekordu 1977-1978-ci illərdə komandanın heyətində çıxış edən Karlos Byankaya məxsus olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !