• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

İcbari Tibbi Sığorta Fondunun gəliri 10% artıb

İcbari Tibbi Sığorta Fondunun gəliri 10% artıb
10.11.2022 11:55
İcbari Tibbi sığorta fondu 2022-ci ildə 2021-ci ilə nisbətən 10% artaraq 2,4 milyard manat təşkil edib. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. 

"Bizə daxilolmalar artır. Bizim İcbari Tibbi Sığorta fondu 2022-ci ildə 2,2 milyard manat təşkil edirdisə  2022-ci ildə bu rəqəm  2,4 milyard manat olub. Bu isə 10% artım deməkdir", - Zaur Əliyev Milli Məclisdə "2023-cü il üçün Dövlət büdcəsi layihəsi"nin  müzakirəsi zamanı bildirib. 

Onun sözlərinə görə, 2023-cü ildə İcbari tibbi siğorta fonduna işəgötürənlər tərəfindən 764 milyon manat, fiziki şəxslərdən isə 12,6 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır.  Benzin, tütün, alkoqol və energetik içkilərinin satışından İTS fonduna   122,135 milyon manat gəlirin daxil olacağı nəzərdə tutulub. 

"Biz fondun vəsaitini artırmaq üçün həmçinin onları investisiya edərək dövlət istiqrazları alırıq. Bu istiqrazlardan 2023-cü ildə alacağımız gəlir 3,9 milyon manat təşkil edəcək", - Əliyev bildirib. 

Onun sözlərinə görə, 2022-ci ildən 2023-cü ilə fondan 215 milyon manat xərclənməmiş vəsait keçəcək. 

Zaur Əliyev həmçinin bildirib ki, fondun əsas xərcləri tibb müəssisələrinin maliyyələşməsinə sərf olunur. 

"Xidmətlər zərfinin artırılması ilə bağlı təkliflər daxil olur. Xİdmətlər zərfində dəyişikkliklər nəzərdə tutulub. Protezləşdirmənin  ürək qan-damar xəstəlikləri ilə bağlı əməliyyatların  həcmi artırılıb",  - o bildirib. 

Əlyevin sözlərinə görə, tibbi sığortanın icrasına başlayanda 27 özəl tibb müəssisəsi ilə müqavilə brazılaşmalar bağlanıb.  

Zaur Əliyev 2022-ci ildə ən çox əmək haqlarında artımlar edildiyini, əksər ixtisaslı həkimlərin əmək haqlarının 1000 manat minimum əmək haqqı həddi müəyyənləşdirildiyini də söyləyib. 

Onun sözlərinə görə, həkimlərə gstərdikləri xidmətdən asılı olaraq əmək haqqının üstünə binuslar da ödənilir.  

Azərbaycanda icbari tibbi sığorta 2021-ci ildən  tətbiq olunur. 

N.Təbrizli







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Siyasət 13:35
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
İqtisadiyyat 12:37
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
İqtisadiyyat 12:34
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
İqtisadiyyat 12:14
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
Azərbaycana kərə yağı idxalı azalıb
İqtisadiyyat 11:23
Azərbaycana kərə yağı idxalı azalıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:07
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:39
Bu günə olan məzənnə açıqlanıb
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
İqtisadiyyat 09:35
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:15
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol